تبلیغات شما در اینجا
X
نوشتن با نور

سرويس فتوبلاگ فارسی

صفحه اصلی   -   گالری عکس   -   تماس با نویسنده

 


    نوشتن با نور

  فوتو----شعر----اؤيكو



آرشيو موضوعي


داستان
شعر
عکس


آرشیو ماهانه


ارديبهشت 1388
اسفند 1387
دي 1387
آذر 1387
مهر 1387
شهريور 1387



پيوند ها
oykuler وبلاگ فستیوال داستان کوتاه «مین بیر اؤیکو»
yel نوشته های آتیلا اسکندانی




خروجی RSS


اؤيكو


 

 

saat onikidə kişi hələ ağlayır

 

 

Saat gecə­nın on qırx­ doqquz dəqiqə­si, tık... Tak... üç saniyə sonra bir hadisə baş verə­cək. Qadın, uşaqları şam yeməyə çağırır. İkı saniyə öncə, saat on əlli dəqiqə olub. Ana, bax, muyad qoyçağımın saç­layını yoydü... onnan nə işın var murad؟!... Kişi, oğluva bir söz deyənmısən؟!... Tık... Tak... Ana bax, qouçağımın başı çeçəl oydü... Macəra başlanır. Kışı otaqda işlərinə baxdığında, zaman dayanmayır. Zamanın yerini heç zad doldurmayacaq. Qadın əlini qaldırır. Mətəbəx bıçağı parıldayır. otağın ışığı çoxalır. Hər şey, zamanın dustağındadır... Kışı, çarpayada yırğalanır. Çarpayanın cırıltısı, qadının səsilə qarışır. Siqar yandırır. Siqar tüstüsü, qalın bığları­ arasından çıxır. Zaman, kağızlara sarı yürüyür. Ağ kağızların qaranlıq boşəluğunda, nəsə bir hadisə olmalıdır. Hükmən... Hükmən... Məsələn canlı, yan-­yürli bır qadın qaranlıq­ küçədə irəlı gəlib, hellənə -hellənə gülsün. Yox... o, incə bel qadınlara vurğunidı. Bu qadın, geydiklərini soyundurmağa dəyməz... Tık... Tak... Sanıram bu öyəkü, sona çatmaya... Gedişi çox astadır... İl­ bız varı sürünür... Deyəsən əlim buşa çıxacaq... Böyük yazıçı, naşıcasına yazmaz. İkı saniyə sonra, saat on əlli üç dəqiqə olacaq. o, saat on qırx beş dəqiqədə, nuh tufanı­ haqqında bır öyəkü yazmalıdır... Qadının səsi... Mahnı oxuyur... Mətəbəxin muşəccər pəncərəsı arxasında qadının gövdəsi... Yox... Öyküdə küçə qapalıdır, arıq qadının saçları isə dalğalı və sarişin. Çox olsa igirmi iki yaşı ola bilər. Gövədəsinin anatomisinə çox yetişmir. Küçə qapalı küçədir, qadının gözləri isə açıq, mavı. Elə ki, kişi mıxlanır... Tık... Tak... Saat on əlli beş dəqiqədə, kişi öz xəyalında, qadının boyunu seyr edir. Öyəkü qadını, oynaşlı, işvə satan və aldadandır. Ancaq yaşam qadını, mətəbəx qadını, adı qadın, həmişə əldədir. Mətəbəx qadını, salad hazırlayır. Zaman sadəcə keçir. Zamandan, bir şey almaq olmaz... Uşaqların səsi... Pişdiəli!... Atama deyə yə m vuyay şəni... Ədəbşiz. İndı quyağivi buyay... Həqqindi... İndi ki belə oldu, özüm gəlləm saçlarıvi yolaram xanım. Hələ, qırmız topoda vermərm bilə və... Yaxcı veyəmə... Özümünki gözə ydi... Zaman, kiçik qızı ağladır... Tık... Tak... Qələmin cövhəri kağız üstə yayılır. Mavi göz qadının susması, əlləri kobud kişinin boşuna axtarışı! Axtarma. Arıq qadın küçəədə itə-cək. Ancaq, parçalanmış zəncirini, kök qadınının boynuna dola. Unutma mavı gözləri. Öykü irəli getmir axı!... Öyəkünün ardı, intiqam duyğusundan başqa, heç nə deyil. Siz, gözəlsiniz xanım. Öyəkünün qurtarışı üçün, qaranlıq və xəlvət küçədə üç dəqiqə tık­ tak gərək, gözləmək gərk. Tam boşlüq. Tam şəhvət. Öyəkünün mayasızlığı... olsun... Sallana- sallana qabağa get. Qadınla kışı ayrılırlar, küçə, hələdə qaranlıqdır... Uç saniyə sonra, bir möcizə baş verəcək bəlkə. Bəlkədə, yazıçının dözümü, onu bir başqa öyküyə sarı yollandıracaq. Yazıçı razılaşa bilmir. Çarəsız, bir neçə özəl ad axtarır öyəkünün qadınlarına. Qadının gözəlliyi, pırtlaşıq kağızların arasında çürüyür. Qadın yox olur. Boşluğa doğəru yol alır...

Öykü başlanır. Öykü başlanıbdır. On iki saniyə öncə. Gözlənilməz bir möcizədir bu. Param parça öykünün ortasından, birdən: möcüzə! Möcüzə! Möcüzə! Möcüzə! Möcüzə!

Saat tık vurduğunda, gecə on bır olub. on üç dəqiqədir biz caymışıq. Öyəkü başlanıbdır. Bız, yazıçının unudulmuş öyküsünü boşuna izləmişik. Öykü, bir qayğılı gecədə, bu cümlə ilə başlanıb: «mən, nuh tufanı haqqında bır öyəkü yazmaq istəyirdim, yəni onlar məndən istəmişdilər... Dini bir kitabda, uşaqlar üçün, pülsüzlüqdan,  yazaram, dedim...»

Mən nuh tufanına ayid bir öykü yazmaq istəyirdim. Ancaq, bu öyküyə, hansı bir ad verməyimi bilməyirdim. Başlanğıcının, nə qədər çətin olduğunu düşünürdüm. Sıralanmış sözlər rahat quımayırdılar məni. Ğururla başıma cumurdular, sonra bağıra bağıra kağızlar ustünə səpilirdilər. onların önünü ala bilməyirdim. Şəxəsitlər, özü özünə öyəkümə yapışırdılar. Heyəvanlar, ağır gövdələrini qabağa əyirdilər, dırnaq göstərirdilər, cırmaqlayırdılar, incidirdilər.

Gecə saat on qırx yeddi dəqiqə olduğunu xatırlayırsınızmı? Mən bir öykü yazmaq ... . Susmayın. Mən gülürdüm. Bəlkədə, durmadan ağlayırdım, danışırdım. Darısqal və darıxmalı otağımı addımlayırdım. Hər şeyə fikirli baxırdım. İncimiş, yol itirmiş ruhuma dayaq tapmaq üçün, əl ayaq çalırdım.

Uşaqların çığırtısıyla, mətəbəxdə qabqacağın səsini duyurdum. Ancaq yenə, öykü irhli getəməyirdi. Qadınımı unutmağa çalışırdım, ancaq yenə də səsi ucalırdı. Məni səsləyirdi, uşaqlari susdurmaq üçün. Uşaqların əlindən cana gəlmişədi. onun səsinin özəl bir jesti var idi. Aldadıcı səsinin arxasında, nifrət törədən bir duyğu dalğalanırdı. Səsi ruhumu çeyənəyirdi. Tık... Tak...

Gecə, saat onbir üç dəqiqəni göstərir. Mən kimi səksəkəli, həyəcanlı, axmaq birinin gözləri qapalıdır. Yaşamda, insan, yoldaşlarının atmacalarını düşünmədyi anlar var. Bir az düşünməklə, ibhamdan çıxa biləcək yersiz hadisələr. Qadınım məsumiyət maskasının arxasından mənə gülürdü, kəsinliklə. Bəlkə də, mənim sadəliyimə ürəyi yanırdı. Utanmaz! Qadınım mənə xəyanət edir.

[Tanrı, insan törətədiyi yamanlıqları yer üzündə gördü... Tanrı, insanı yer üzünə göndərdyi üçün, peşəman olub urəyi kədərləndi] ... Tık... Tak...

Nuh fırtınasının öyküsü yazılsın deyə zaman ürəyində bir cığır salın. «Əhde ətiq» döründə, zaman zamansızdır. [Tanrı dedi insanları yaratdığımdan sonra, onları yer üzündən götürəcəyəm. insanlari, böcəkləri, göydə uçanlari... Yaratmaqlarından təəssüflnədiyimə görə...]

... Tık... Tak...

Öykü saat on bir beş dəqiqədə başlanıbdır. Zaman axır. Zaman uçur. olmağımız, zamanda başlanır. Zaman dayanır. Yox, bir an, zaman xəttində, nuqtə ola bilir. Yollanış ardında.

Ancaq, anların təcərübəsi saat onbir altı dəqiqəyə bağlı deyil. intizar... intizar... Mətbəx pəncərhsi arxasında, qadının çabalayan kölgəsi bir gerçəkdir, bir ləhəzədir. Kimliyi var. Yaşam ritminin bir parçasıdır. Nə isə yazıçını yersiz bir qorxu bürüyub. Biz, birdən birə, yazıçının anlaşılmaz sətirlərinin irtibatını onun biğlarıyla tapmağa maraqlanırıq. Neçə saniyə keçdiyində, mətbəx qadının gerçəklyi bizim xəyalımıza yüklənəcəkdir. Mavi göz qadının tutarlı və sehirli baxışları, qaranlıq küçəhnin sonunda zavallanır. Elə buna görə də, yazıçının gənc qadına urək bağlaması, fikirinin ona sarı yönləməsi, öykünün gəlişəməməsinə, geri qalmağına səbəb olur. Biz, acı gülüşlərimizlə nuh öyküsünün davam etməsini diləməyə gərəkəliyik. Ancaq, elə bil o bizım etirazlarımızı önəmli bilməyir. Tık... Tak...

Qızarmış soğan qoxusu gəlir. Qadın iyisi gəlir. Mavı paltar geyibdir. Qabarıq döşləri muşəccər pəncərənin üzündə yayılır. Gözəllyi soluxlanır. Kişi acıqlıdır. Qadın çəkinir ondan. ət yığını çəkənir ondan. [Və yer isə, tanrının baxışında qoxuyubdur; yer kürəsi zülmilə tıxanıb. Tanrı özü gördü, yer qoxuyubdur]

... Tık... Tak...

Gecə saat onbir doqquz dəqiqə. Pəncərənin dəyişməsini düşünür. onun kiçik apartımanında, həştad beş kiloluq qadın gözə çarpır. Pəncərənin yerinə, duvar çəkməyi düşünür. Hə. Hə. Hə. Pıçıldayır. o məsüm baxışların, aydın gözlərin, kimə ayid olduğunu bilmək istəyirdim. otağında, qadının şəkilini toz basmışdır. on il yaşayiş, on il. Lap belə zamanı öldürmüşəm. Qadınım... Ax... Lənət olsun bu yaşayışa...

Görünməz bir axım mətbəxdən eşəiyə süzülür. Qadın hər yanı dolanır. Bibər axtarır, çörək axtarır, su axtarır. əyilir, kök qadın əyilir... Gövədəsi titrəyir. Yançaqlari titrəyir. Yazıçının baxışı, kağızlara doğəru yönəlir. Qoxu yayılır. Qoxu yayılır. Bundan artıq dayana bilmir. Qadının pəncərə arxasından özünü göstərməyi. Eşiyə çıxır... Addımlarının səsi... Uşaqların qışəqırığı... Mən ooyyuu ulmuyam... Sən oğurusan... Mən ooyyuu olmuyam... Mən gəyinəm... Mən qoyçağımı istəyiyəm... Sən pıssən... Sən oğrusan... Taq... Taq... Sən öldün... Sən bir ölü oğurusan... Mən ooyyuu ulmuyam... Taq... Taq... Qadın irəli gəlir.

Gəl... Sağ budunu... Sol budunu... Ayağını qaldır. Ət yığını irəli gəl... Gül. Urəkədən gül, gəl... Sən pis oğyansan... Aaaaanaaaaa... Gəl hərzə... Güclü qollarım gözləyir... İçindən gülüşlərini uçurt. Gizəlicə gülmə. Gəl, dayanma, gəl... Mən sənin payınam. Qorxma gəl qabağa... Tık... Tak... Saat onbir onbir dəqiqə.

[Və tanrı nuha dedi: bütün insanların sonunu inanıram. Niyə ki, yer dolubdur onların zülmlərindən. onları yerlə birgə nəfəsdən salmağı düşünürəm. İndi, özünə ardıc ağacından bır gəmi sal, otaqlar tik gəmində, iç eşiyyini qırla boya...]

Hava buludlanır... Ancaq fırtınadan xəbər yoxdur... Bu həyəcanlı öyəkü sona çatmayir. Ölüm mahnı uxuyur. Qurd ulayır. Yol görsənmir. Bir qalmaqal zehənimizi, xəyallarımızı dağıdır. Bəlkə də, ölümü gözələyirik. Göylərdən səs gəlir. Bız eşitməyirik. Dinməzlik orucu tutmuşduq. Öyküdəki insanlar qaçır, qışəqırır, ancaq biz oxucular siqar çəkirik. Biri ağlayır, biri başına döyür. Yazıçının sözcükləri ayaqlar altında əzilir. Fırtına gəlir. Kağızlar oynayır kəlkədə.

[Və yeddi gün sonra, fırtınanın suyu, yerə gəldi... Bütün bulaqlar coşədu, göyün bacaları açıldı, yağış, qırx gündüz, qırx gecə yerə gəldi...]

Tık... Tak...

Ataaaaaa... Ata. Anaaaaaaaaa... Ata vuyma... Ata, ananı vuyma... Cında... Ata... Gedin otağıza... Kişinin güclü qolu... Qışəqırıq... Şapalaq... Qışəqırıq... Qadının qaçması... Qışəqırıq... Təpik... Qışəqırıq... Qadının başının duvara dəyəməsi... Ataaaaaaa... Qışqırıq... Anaaaaaa... Qışəqırıq... Qayış... Qışəqırıq... Qadının dərisi... Qışəqırıq... Yara... Qışəqırıq... Alnın çatlaması... Qışəqırıq... Uşaqların yumuruqları, bağlı qapıya döyülməsi... Qışəqırıq... Qışəqırıq... Qışəqırıq...

Tüstü həlqələrinin ortasında, saat onbir qırx dəqiqə ilə qadının göz yaşları arasında özəl bir ilgi yoxdur. Hələ də, dərd qalıbdır. Urəyi qalxır. Urəyi döyünür. Əllərindən, alnından qan damır xalça üstünə. Qan fırtınası. Paltarı qanlıdır. Yerə sərilmiş, qanlı. Heç axmaq yazıçı, ədəbi yaradıcılığında, evin fəzasını alovlandırmaz. Ancaq öyəküsündən alkol qoxusu gəlir, alkol. Neçə vaxtdır, hər gecə kefələnirsədə, qorxusu azalmayır ancaq.

Gecə saat onbır qırxüç dəqiqədir. Qadın üşüyür. Uşaqların utağına sarı baxır. Şam yemədən yatıblar. Başqa bir fırtına yoldadırmı?! Kişi tərpənməyir. Kişinin bəlkə urəyi yansın deyə, qadın əli belinə apararaq, ayağa qalxır. Kışı susub. Zaman keçir. Tık... Tak... Hər şeyin göz önündən keçəməsi... Tanışlıqdan indiyə qədər. Qadın pıçıldayır. Sözlər itir, sınıq dişləri arasında, sinəsinin xıs xısında. Hədələmə. Hədələmə. Qadın tərpənməyir. Kişinin addımları ağırlaşıbdır. Qadının sızıldaması, bəlkədə qarğışı. Kışı soruşur: uşaqlar yatıb؟ Cavabını gözləyir. Keçən anların kələ kötürlüyündən xəbərsiz... Ax...

Bu, saat onbir qırxbeş dəqiqənin, qadının səsidir. Zaman hər şeyi hövlayir, saat onbir otuz dəqiqənin fırtınasını isə ibtizala çəkir. onbir igirmi skkiz dəqiqənin qadını itir. onbir qırxaltı dəqiqənin kışisi, sınıq pəncərələrə baxır. Özünü yamanlayır. Qışəqırır. Qollarını tərpədir. Başını büllayır. Zaman astaca gedir. Qadının xəyanət etməsindən qışqırır.

Yalan! Yalan! Yalan! Kişi bahana axtarır. Kişinin içindən, bir alov, yol axtarırdı qadını yandırmaq üçün. Qadın qızışma içındə yanır. Saat onbir qırxyedədi dəqiqədə.

Bu durumla necə baş başa verəcəkdir. Bir an yetər, qaranlıq küçədə qadını tumarlamağa, dadmağa... Bəlkə qadın, bu qaranlıq küçəyə, yanlış girıbdir. Sonra həyatının böyük yanlışı baş veribdir.

Gecə saat onbir qırxsəkkiz dəqiqədə, qadın, fırtınanın qurtarmayacağını duyur. Tık... Tak... Mizin siyirməsində, gizəltdiyi bır şeylərə fikirləşir qadın. Diyazpam... Kəndir...

insan bu anlarda sınandır. Kişinin çılğıncasına qəhəqəhələrı. Ölüm dəlicəsinə onlara sarı gəlir.

[Və su, yer üzündə dağlara qədər ucaldı... Quruluqda olan bütün insanlarla heyəvanlar öldülər... Yalnız, nuhla gəmisində olanlar diri qaldı...] Tık... Tak...

Saat on bir əlli dəqiqə. Ölüm qadına yaxınlaşır. Kışı qadına yaxınlaşır. Qadının gövdəsinə sarı əyilir. Qadın susub. Kişi divarın önundə uturub, özünə cumur. Əllərini uşaqlar sayağı üzünə qoyur. Utağın işığı azalır. Qadın susub. Kişi ağlayir. Tık... Tak... Tık... Tak... Kişinin hönkürtüsü ucalı

atila iskandani




تهيه شده توسط آتیلا اسکندانی در تاريخ سه شنبه ۲۰ اسفند ۸۷ ساعت ۰۴:۲۴ | نظرات (7)

عكس


 




تهيه شده توسط آتیلا اسکندانی در تاريخ سه شنبه ۲۰ اسفند ۸۷ ساعت ۰۳:۴۴ | نظرات (1)


عکس


 

 


تهيه شده توسط آتیلا اسکندانی در تاريخ سه شنبه ۲۰ اسفند ۸۷ ساعت ۰۳:۱۴ | نظرات (0)


عکس


 

 


تهيه شده توسط آتیلا اسکندانی در تاريخ سه شنبه ۲۰ اسفند ۸۷ ساعت ۰۳:۱۱ | نظرات (0)


عکس


 

 


تهيه شده توسط آتیلا اسکندانی در تاريخ سه شنبه ۲۰ اسفند ۸۷ ساعت ۰۲:۵۸ | نظرات (2)



آخرین عکس ها

































[ 1 ] [ 2 ]   صفحه آخر >

اين فتوبلاگ با استفاده از سيستم رايگان وب فتو راه اندازي شده است